25 oktyabr 2024-cü il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələlər:
- 2023/2024-cü tədris ilinin yay məktəbində tədrisin təşkili və nəticələrinin müzakirəsi;
- 2024/2025-ci tədris ilinə hazırlığın vəziyyəti;
- 2024/2025-ci tədris ili üçün magistrlik dissertasiya mövzularının və elmi rəhbərlərin təsdiqi;
- 2024/2025-ci tədris ilinin I yarısı üzrə Fakültə Elmi Seminarının qrafikinin, seminar mövzularının və məruzəçilərin təsdiqi;
- Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumuna hazırlığın vəziyyəti;
- Bakı Dövlət Universitetinin Daxili İntizam Qaydaları barədə əməkdaşların məlumatlandırılması;
- Fakültədə Açıq dərslərin, Akademik heyətin və Tədris-köməkçi heyətin qiymətləndirilməsi üzrə müəyyən edilmiş meyarlar barədə əməkdaşların məlumatlandırılması;
- Cari məsələlər
4 noyabr 2024-cü il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələlər:
- 2024-cü ilin 14-22 noyabr tarixlərində fakültədə dərslərin onlayn formada təşkilinə hazırlığın müzakirəsi.
- Kitabxanaşünaslıq kafedrasının 3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə doktorantı Həsənova Aysel Vaqif qızının təqdim etdiyi “Müstəqillik illərində dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin müasir problemləri (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Prezident Kitabxanasının materialları əsasında)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasının ilkin müzakirəyə təqdim olunmasının müzakirəsi.
2 dekabr 2024-cü il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələlər:
- Sənəd menecmenti kafedrasının 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə dövlət hesabına fəlsəfə doktoru proqramı üzrə qiyabi doktorantı Əliyeva Lamiyə Əlizamin qızına dissertasiya mövzusunun müəyyən olunmasının, elmi rəhbərin və elmi məsləhətçinin təyin edilməsinin müzakirəsi.
- Sənəd menecmenti kafedrasının 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə dövlət hesabına fəlsəfə doktoru proqramı üzrə qiyabi doktorantı Əliyeva Lamiyə Əlizamin qızına dissertasiya mövzusunun müəyyən olunmasının, elmi rəhbərin və elmi məsləhətçinin təyin edilməsinin müzakirəsi.
13 dekabr 2024-cü il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələlər:
- 2024/2025-ci tədris ilinin qış imtahan sessiyasının imtahan biletlərinin təsdiqinin müzakirəsi
- Sənəd menecmenti kafedrasının 3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə dissertantı Xəlilova Namiyə İntiqam qızının təqdim etdiyi “Elektron biblioqrafik fəaliyyət: nəzəri-metodiki aspektlərinin tədqiqi (Azərbaycan materialları əsasında)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasının ilkin müzakirəyə təqdim olunmasının müzakirəsi.
- Fakültənin II kurs magistrantlarının fərdi iş planlarının müzakirəsi.
24 dekabr 2024-cü il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələlər:
- 2024/2025-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığın müzakirəsi.
- Sonuncu kurs magistrant və bakalavrların praktikasının təşkili haqqında.
- 2024-cü ildə fakültənin kafedralarında plan üzrə yerinə yetirilmiş elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsi.
13 yanvar 2025-ci il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələlər:
- İnformasiya və sənəd menecmenti fakültəsinin 2024-cü il üzrə hesabatının müzakirəsi.
- İnformasiya və sənəd menecmenti fakültəsinin 2025-ci il üzrə Fəaliyyət Planının müzakirəsi.
- Kitabxanaşünaslıq kafedrasının 3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə büdcə hesabına elmlər doktoru proqramı üzrə qiyabi doktorantı İsmayılova Nigar Nurəddin qızının doktorantlığının beşinci ilinin attestasiyasının müzakirəsi.
21 fevral 2025-ci il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələlər:
- 2024/2025-ci tədris ilinin qış imtahan sessiyasının təşkili, yekunları və yaz semestrinə hazırlıq haqqında hesabat.
- 2024/2025-ci tədris ilinin II yarısı üzrə Fakültə Elmi Seminarının qrafikinin, seminar mövzularının və məruzəçilərin təsdiqi.
- 2024/2025-ci tədris ilinin II yarısı üzrə Açıq dərslərin qrafikinin təsdiqi.
- Cari məsələlər.